Cümə , Sentyabr 25 2026
azfa

Ermənistan daha iki kəndi Azərbaycama qaytarır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Ararat (Ağrı dağı) bölgəsinə səfərində Kərki kəndinin qaytarılması məsələsini müzakirə edib. Bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet qeyd edir ki, baş nazir bölgənin əhalisi ilə görüşdən sonra qubernator Razmik Tevonyan və Ararat alayının komandiri ilə üçtərəfli müzakirə aparıb.

“Görüşdə Tiqranaşen (Kərki) kəndinin gələcək taleyi müzakirə olunub. Paşinyan yaxın gələcəkdə kəndi boşaltmağı tapşırıb”. – qəzet qeyd edir.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndi 1990-cı illərdə ermənilər tərəfindən işğal edilib. 44 günlük müharibədən sonra kəndin Azərbaycana qaytarılması istiqamətində müzakirələr aparılır.

Həmçinin Gorusun Xinzirək (Nerkin Xndzoresk) kəndindəki erməni hərbi birləşmələri mövqelərini tərk edir. Bu barədə “Devavyu” erməni teleqram kanalı yerli mənbələrə istinadən məlumat yayıb.

“Dünəndən etibarən, erməni hərbçiləri kəndin yaxınlığındakı mövqelərini azərbaycanlılara verir və geri qayıdırlar”, – mənbə bildirir.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …