Çərşənbə , İyun 17 2026
azfa

Mədəniyyət düşməni olan İran müharibəsi əlillərinin istəyi ilə Təbrizdə piano fiquru quraşdıranlar cəzalandırılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mədəniyyət düşməni olan İraq-İran müharibəsi əlillərinin istəyi ilə Təbrizdə quraşdırılan piano musiqi aləti fiquru yığışdırılandan sonra, indi də həmin musiqi alətini quraşdıranlar cəzalandırılacaq.

Təbrizdə bələdiyyə başçısı təyin edilmiş İrəc Şahin Baher bu barədə açıqlama verrərək bildirib ki, müharibə əlillərinin həmin piyano musiqi aləti fiqurunun quraşdırılmasından narahat olduğu üçün həmin fiqur şəhərdən yığışdırılıb.

O bildirib ki, həmin musiqi fiqurunu şəhərə quraşdıran işçilərin cəzalandırılmasına göstəriş verib.

Bir müddət öncə təbrizli jurnalist Sacidi sosial şəbəkədə paylaşım edərək, Şəhid Fomnduna yaxın ərazidə piyano musiqi alətinin quraşdırılmasına Təbrizdən olan 30 İran müharibəsi əlili etiraz etmişlər. Onlar həmin musiqi fiqurunun yığışdırılmayacağı zamana qədər etirazlarına davam edəcəklərini bildirmişlər.

Bu qeyri-mədəni hadisədən sonra Təbrizdən həmin mədəniyyət simvolu yığışdırılmışdır. Piyano fiqurunun yığışdırılması isə mədəniyyətsevər əhalinin etirazına səbəb olub.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …