Cümə axşamı , Sentyabr 24 2026
azfa

Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İran Səid Sultani və Babək Kiyumərsini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Səid Sultani və Babək Kiyumərsini Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə mühakimə edib.

Culfa şəhərində yaşayan iki azərbaycanlı milli fəal Səid Sultani və Babək Kiyumərsinin məhkəmə iclası aprelin 19-da rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsində hakim Musəvinin sədrliyi ilə keçirilib.

Keçirilən məhkəmə iclasında Səid Sultani və Babək Kiyumərsi onlara qarşı irəli sürülən “Müxalif və separatçı qruplara üzv olmaq” ittihamına qarşı müdafiələrini təqdim ediblər.

Culfa şəhərində oktyabr ayının 4-də Azərbaycana dəstək mitinqləri ilə əlaqədar həbs edilən bu iki milli fəal 2 aydan çox Təbrizdə İranın Kəşfiyyat qurumunun təcridxanasında və Təbriz həbsxanasında nəzarət altında saxlanılmışdılar.

Təhlükəsizlik qüvvələri Səid Sultanini iş yerində tutub, daha sonra onun evində apardıqları axtarış zamanı şəxsi əşyalarını o cümlədən kompüteri, cib telefonu, kitablarını və maşınını da aparmışdılar.

Babək Kiyumərsinin həyat yoldaşı milli fəal həbs edildiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü bildirilir.

Sulatani və Kiyumərsi keçən il dekabr ayının 1-də və 2-də ayrı-ayrı kəşfiyyat nazirliyinin təcridxanasından Təbrizin Mərkəzi Həbsxanasına köçürüldükdən sonra 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Fəallar indiyədək dəfələrlə mədəni fəaliyyətlərinə görə həbs edilib. Babək Kiyumərsi 2011-ci ilin iyun ayının 6-da Culfa şəhərinin Şuşa bölgəsində yerləşən atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Səid Sultani isə keçən illərdə də müxtəlif mitinq və etiraz aksiyalarına qatıldığı üçün həbs və mühakiməyə məruz qalıb.

İkinci Qarabağ Müharibəsi əsnasında Cənubi Azərbaycan və İranda türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar çox sayda milli fəal və vətəndaş həbs edilib və işgəncələrə məruz qalmışdı.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …