Cümə axşamı , Sentyabr 24 2026
azfa

Türkiyə “Bayraktar”larının sayı “F-16”ların sayına yaxınlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyəyə məxsus “Bayraktar TB2” hərbi pilotsuz uçuş aparatlarının (PUA) sayı 140-ı keçib.

Dağlıq Qarabağdakı son müharibənin gedişatını əsaslı şəkildə dəyişdirən və Azərbaycana 44 gündən sonra qələbə qazandıran türk dronlarının qlobal rezonansı artmaqdadır. Daxili təhlükəsizlik əməliyyatları ilə yanaşı, “Fərat Qalxanı”, “Zeytun Budağı”, “Sülh Çeşməsi” və “Bahar Qalxanı” əməliyyatlarında istifadə edilən PUA sayı 140-ı aşıb.

ABŞ-dan Ukraynaya qədər bir çox ölkədə ad çıxaran “Bayraktar TB2” PUA-larından sonra testlərini uğurla tamamlayan “Akıncı” hücum PUA-sı da bu il təhlükəsizlik qüvvələrinin inventarına daxil ediləcək və döyüş təyyarələrinin yükünü öz üzərinə götürəcək.

Hazırda “Bayraktar TB2” PUA-larının sayı Türkiyədəki “F-16”-ların sayının (245) yarısı qədərdir. Bundan başqa, 500 kamikadze və 1500 müşahidə dronu mövcuddur.

Türkiyə öz silahlı PUA və döyüş sursatlarını istehsal edən altı ölkə arasındadır. “Baykar” şirkətinin məhsulu Türkiyədən başqa, Ukraynada, Qətərdə və Azərbaycanda da (ümumən 160 vahid) var.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …