Cümə axşamı , Oktyabr 1 2026
azfa

Reydə irqçi farslar Fətəli şaha aid Qacar qabarıq kitabəsinə xəsarət yetiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rey şəhərində Fətəli şaha aid olan qabarıq daş kitabəyə irqçi farslar tərəfindən saç boyası ilə xəsarət yetirilib.

Tehran şəhər Şurasının üzvü Höccət Nəzəri bu barədə açıqlama verib. Onun sözlərinə görə tarixi abidənin üzərinə qara rəngli boya səpilib. Nəticədə abidəyə xəsaərt yetirilib. Onun dediyinə görə abidənin təmizlənib bərpa edilməsi mümkündür.

Qeyd edək ki, Qacar şahı Fətəli şaha aid edilən abidə Rey şəhərinin Çeşmə Əli divarında oyulub. İrqçi farslar Azərbaycana aid olan bütün abidələri məhv etməyə çalışırlar. Bu abidəyə də hücumun həmin məqsədlə baş verdiyi düşünülür.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …