Qırğızıstan xüsusi təyinatlıları Tacikistanla sərhəd postunu ələ keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qırğızıstan Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələri Tacikistanın sərhəd postunu ələ keçirib.

Bu barədə məlumatı Qırğızıstan Sərhəd Xidməti yayıb.

Rəsmi Düşənbə Qırğızıstan hərbçilərini Tacikistan sərhədçilərinə atəş açmaqda günahlandırıb. TASS-ın məlumatına görə, bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsindən bildirilib.

Qeyd olunub ki, aprelin 29-da, saat 1 12:05-də “Qolovnoy” su paylama məntəqəsinin İsfara çayının yuxarı axarında yerləşən hissəsində Qırğızıstan hərbçiləri Tacikistan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açıblar.

Düşənbə Qırğızıstan tərəfinin bu hərəkətlərini Tacikistanla ikitərəfli müqavilələrin pozulması kimi qiymətləndirib. Düşəınbə iddia edib ki, 1924-1927-cu illərin, eləcə də 1989-cu ilin xəritələrinə uyğun olaraq münaqişəyə səbəb olmuş “Qolovnoy” su paylama məntəqəsi tamamilə Tacikistan Respublikasına məxsusdur və 1968-ci ildən bəri Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarının sərhəd bölgələrinin suvarma və su təchizatı üçün istifadə edilir.

“İnterfaks” isə Qırğızıstanın Batken rayonu icra hakiminin müavini Marufxan Tulayevə istinadən xəbər verir ki, atəşi Tacikistan tərəfi açıb və bundan sonra qırğız sərhədçiləri cavab atəşi açıblar.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Başından güllə yarası almış tacik vətəndaşlarından birinin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …