‍Türkiyə və Azərbaycana qarşı PKK terror təşkilatını dəstəkləyən İran PKK terrorçusuna yas mərasimi keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi kürd terror təşkilatına dəstəyi istiqamətində Sənəndəc şəhərində PKK teror qrupunun üzvü Həsən Mahmudi üçün yas mərasimi keçirməyə icazə verib.

Hətta PKK terrorçunun ölüm elanının şəklində PKK terror təşkilatının gerbi də əks etdirilib.

Sənəndəc sakini olan Həsən Mahmudi bu yaxınlarda Türkiyə Ordusunun keçirdiyi “Eren-5” əməliyyatı zamanı Mardin şəhərində öldürülüb.

O, Türkiyə tərəfindən axtarışda olan terorçuların qırmızı listəsində yer alıb.

Qeyd edək ki, İranın PKK teror qruplaşmasına açıq dəstək verməsi dəfələrlə Türkiyə rəsmilərinin etirazları ilə qarşılanıb. keçən il Türkiyənin Daxili işləri naziri İranın PKK terorçularını Daş Makı şəhərinin Dambat bölgəsində məskunlaşdırmasını kəskin qınamışdı.

Türkiyənin Daxili işləri naziri demişdi: “Türkiyə ordusu bölgəyə girərsə, orada bir terorçunu da sağ qoymayacaq. İndi İranın quzey-batısındakı Dambat bölgəsində 100-ə yaxın PKK terorçusu var. Oranı təmizləmək İranın vəzifəsidir”.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …