Azərbaycanlı milli fəal Əlirza Fərşinin sağlıq durumu ilə bağlı BMT-yə məktub göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) ana dili uğrunda mübarizəsinə görə rejimin həbs etdiyi Əlirza Fərşinin sağlı durumu ilə bağlı BMT-yə məktub göndərib.

Cəmiyyətin “Azərbaycanlı mədəni məhbusların vəziyyətinin monitorinqi” başlığı ilə BMT-ə göndərilən məktubda ana dili fəalı Əlirza Fərşinin sağlıq durumundan narahatlıq ifadə olunur.

Cəmiyyət Tehran zindanında həbsdə saxlanılan Əlirza Fərşinin durumu ilə bağlı məlumatları beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi professor Cavid Rəhmana göndərdiyini bildirib.

Bildirilib ki, Əlirza Fərşin bütün məhbus hüquqlarının məhrum edilib. Onun sağlıq durumu da narahatlıq doğurmaqdadır. Siyasi məhbus Əlirza Fərşinin gözündə cərrahiyyə əməliyyat aparılması zəruri olsa da İran məhkəmə sistemi onun məzuniyyət müddətini uzatmayıb.

Rejim tərəfindən həbs edilən Əlirza Fərşi yalnız mayın 8-də 500 milyon tümən girov qarşılığında 3 günlük müalicəvi məzuniyyətə buraxılmışdı. Həkimlərin fəalın gözünün cərrahiyyə əməliyyatına ehtiyacı olduğu barədə rəyinə baxmayaraq İran məhkəmə sistemi onun məzuniyyət müddətinin uzadılmasına icazə verməmişdi.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …