Cümə , Aprel 19 2024
azfa

1 Xordad qiyamı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 12 may 2006-cı ildə, “İran” qəzetinin uşaq bölməsində açıq şəkildə bir karikatura ilə Azərbaycan türk millətini hədəf aldı. Qəzetdə rejim alçaqcasına türk millətini təhqir etdi.

Başlanğıcda heç kim faciənin dərinliyini anlamadı və bu məqaləyə əhəmiyyət verilmədi. Lakin Urmiya və Təbriz universitetlərində ilk öncə azərbaycanlı öyrəncilər İran qəzetində bu rəzalətə etiraza başladı.

Ancaq yenə də TV-lərdə və ya qəzetlərdə heç kim Azərbaycan Türk Millətindən üzr istəmədi və Türk millətinə qarşı bu hörmətsizlik böyük bir qəzəb doğurdu.

22 Mayda Güney Azərbaycanın bütün şəhərlərində qiyamlar başladı və ilk kütləvi nümayişlər hər zaman ayıq olan Təbriz şəhərində, onun ardınca Ərdəbil, Urmiya, Zəngən və digər Azərbaycan şəhərlərində baş verdi. Lakin irqçi fars rejim Azərbaycan türk millətinin irqçilik və fars müstəmləkəçiliyinə qarşı bu dinc qiyamını gülləboranla boğmağa çalışdı. Nəticədə onlarla igid azərbaycanlı öz millətinin azadlığı uğrunda şəhid oldu.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …