Global Journalism Council iki azərbaycanlı jurnalistin erməni minasına düşməsi ilə bağlı bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Global Journalism Council (GJC) beynəlxalq jurnalist təşkilatı ermənilərin minaladağı Azərbaycan ərazilərində iki azərbaycanlı jurnalistin mianaya düşüb həlak olması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Bu gün iki jurnalist həmkarımız, azərbaycanlı jurnalistlər, Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AZTV) operatoru Sirac Abışovun Ermənistanın minaladığı Azərbaycanın Kəlbəcər bölgəsində mina patrtlaması nəticəsində həlak olması bizi çox qayğılandırdı və qanlı olayı dərin kədərlə qarşıladıq. Həmkarlarımızın öz jurnalist vəzifələrini yerinə yetirərkən Ermənistanın minaladığı ərazidə həyatlarını itirmələrini bütün dünya jurnalistlərinin terrora məruz qalması kimi qiymətləndiririk”.

Qlobal Jurnalistlər Şurasının Prezidenti Mehmet Ali Dimin adından yayılan bəyanatda daha sonra deyilir:

“Rəsmi Bakıya istinadən Ermənistanın minaladığı Azərbaycan ərazilərinin xəritəsini verməməsi bütün beynəlxalq konvensiyalara zidd və hayqırıdır. Məhz bunun nəticəsində həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışovun həyatlarını dəyişmələrini dünyadakı bütün jurnalistlərə qarşı terrror kimi qiymətləndiririk. Bütün beynəlxalq təşkilatlardan, insan haqlarını müdafiə edən beynəlxalq qurumlardan, xüsusilə də beynəlxalq jurnalist təşkilatlatrından bu qanlı olaya laqeyd qalmamağa çağırır, jurnalitlərin ölümünə səbəb olan bu qanlı aktı qınayırıq. Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə səsləyirik”.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …