Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyə may ayı ərzində 81 PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ordusu may ayında həyata keçirilən antiterror əməliyyatlarında 10-u dırnaqarası yüksək səviyyəli terrorçu 81 terrorçu zərərsizləşdirilib.

Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı terrora qarşı mübarizədə may ayına dair məlumat paylaşıb.

Daxili təhlükəsizlik əməliyyatları daxilində kənd ərazilərində may ayında 11 min 36, şəhərlərdə fəaliyyət göstərən terror təşkilatlarının hücrə təşkilatlanmalarına qarşı da min 51 əməliyyat həyata keçirilib.

Əməliyyatlarda 10-u dırnaqarası yüksək səviyyəli 81 terrorçu zərərsizləşdirilib. Bunlardan 64-ünün bölücü terror təşkilatı PKK/KCK, 17 nəfərinin isə DEAŞ terror təşkilatının üzvü olduğu müəyyən edilib.

15 terror aktının qarşısı alınıb və təşkilatın hərəkət etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …