Çərşənbə , May 8 2024
azfa

Xudafərin körpüsünü ziyarət edən amerikalı azərbaycanşünas alim Brenda Şafferdən maraqlı paylaşım

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Harvard Universitetinin Kennedi Kollecinin Xəzər təhsil proqramınınsədri, azərbaycanşünas alim Brenda Şaffer Azərbaycanın azad olunmuş ərazilərinƏ o cümlədən Xudafərin körpüsünə səfər  edib.

Tarixi Xudafərin körpüsünü ziyarət edən tədqiqatçı alim Azərbaycan türkcəsində maraqlı paylaşım edib.

Azərbaycan və İran barədə bir sıra əsərlərin müəllifi olan tədiqatçı Xudafərinin kənarında çəkdirdiyi şəklini paylaşaraq yazıb: “Azərbaycanın tarix və mədəniyyəti sahəsində 30 ilə yaxın tədqiqatlar aparırdım. Xudafərin körpüsündə dayanmaq mənim arzum idi. Bu gün arzum nəhayət ki, həyata keçdi”.

 Amerikalı tədqiqatçı həmin səfəri zamanı Qarabağda ermənilər tərəfindən dağıdılmış tarixi abidələri, o cümlədən Ağdam məscidini ziyarət edib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …