Bazar ertəsi , İyul 13 2026
azfa

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəalı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Ərdəbil şəhərində yaşayan azərbaycanlı fəal Saman Bidar Əcirlini 3 il 45 gün həbsə məhkum edib.

Güney Azərbaycanın Traxtur futbol komandası tərəfdarlarının Ərdəbildəki başçılarından olan Saman Bidar Əcirli barədə bu ədalətsiz qərar rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin birinci bölməsi tərəfindən çıxarılıb.

İnqilab Məhkəməsinin 1-ci bölməsinin katibliyi tərəfindən iyunun 16-da göndərilən bildirişə əsasən azərbaycanlı fəal Ərdəbildə Sepah-nın təhlükəsizlik və kəşfiyyat bölməsinin hazırladığı hesabatla “İctimai təlaşa səbəb olan yalan məlumatlar yaymaqla sistemə qarşı fəaliyyət göstərməkdə və inqilab banisini və inqilab rəhbərini təhqir etmək”də ittiham edildiyi bildirilir.

Saman Bidar Əcirliyə “İnqilabın banisini təhqir etmək” ittihamına görə 1 il 3 ay, “inqilab rəhbərini təhqir etmək” ittihamına görə 1 il 3 ay və “hökumətə qarşı təbliğat fəaliyyətləri”nə görə isə 7 ay həbs cəzası verilib.

Məhkəmə qərarının icrası 3 il müddətinə təxirə salınıb.

Qeyd edək ki, azərbaycanlı fəal Saman Bidar Əcirli fevralın 28-də Ərdəbil şəhərində rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdı.

Fəala qarşı fevralın 29-da rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 9-cu istintaq bölməsi “Sistemə qarşı təbliğat” ittihamı irəli sürüb.

Azərbaycanlı mədəni fəal yaxalandıqdan 2 gün sonra ETTELAAT-ın istintaq təcridxanasından Ərdəbil şəhərinin mərkəzi həbsxanasına köçürülüb və fevralın 8-də 50 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

ABŞ İranın iddialarını təkzib etdi: Hörmüz boğazı açıqdır

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmi hərəkətinin davam etdiyini və su yolunun naviqasiya …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsunun türkiyəli qonaqlarla görüşü-Şəkil

GADTB: 10 iyul tarixində Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiasiyasının rəhbərliyi ilə Türkiyədən gedən qonaqlar …