Azərbaycan helikopterləri Türkiyədə yanğınların söndürülməsində iştirak edir- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri hazırda helikopterlər vasitəsilə yanğının qarşısını almağa çalışırlar.

“Haber Global” telekanalının hazırladığı reportajda qardaş ölkəyə dəstək üçün göndərilən Azərbaycan helikopterinin yanğının söndürülməsi üçün fəaliyyətindən bəhs edilib.

Reрortajda Türkiyədəki meşə yanğınlarının hələ də davam etdiyi və havadan müdaxilənin önəmindən danışılıb. Bildirilib ki, 50-dən artıq helikopter vasitəsilə yanğınların söndürülməsinə çalışılır.

Görüntülərdə helikopterlərin istənilən mənbədən su ehtiyatı götürməsi və yanğınların olduğu bölgələrə hərəkəti əks olunub.

“Haber Global”ın hazırladığı reportajı təqdim edirik:

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …