Cümə axşamı , Sentyabr 24 2026
azfa

Yanğına görə Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü təxirə salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı Türkmənistan, Azərbaycan və Türkiyə başçılarının qarşıdan gələn Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Bu barədə rəsmi Türkmən mətbuatı məlumat yayıb.

Xəbərə görə, Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin bəzi bölgələrində genişmiqyaslı meşə yanğınları ilə əlaqədar Türkiyədəki mövcud çətin vəziyyətlə əlaqədar olaraq, bu ilin avqust ayında keçirilməsi planlaşdırılan Türkmənistan-Azərbaycan-Türkiyə üçtərəfli Zirvə Görüşünün sonrakı tarixə təxirə salınmasını təklif edib.

Türkiyə Prezidentinin təklifini anlayışla qəbul edən Prezident Qurbanqulu Berdiməhəmmədov faciə ilə əlaqədar dərin hüznlə başsağlığı verib və bu çətin anda Türk xalqı, ölkə Hökuməti və şəxsən öz adımdan qurbanların ailələrinə və yaxınlarına empatiya və dəstək sözləri, həmçinin yaralıların tezliklə sağalmasını diləyib.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …