Cümə , Noyabr 20 2026
azfa

Təbrizdə divarlara milli şüarlar yazıldı; “Bir-bir tutulsaq da milyon-milyon artacağıq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində 24 iyul etirazında tutulanlarla bağlı divarlara şuarlar yazıldı.

Şəhər küçələrinin divarlarına məhbusların rəsmləri əks olunan qrafitlər çəkilib, şüarlar yazılmışdır.

Fəalların qrafitində “Bir-bir tutulsaq da milyon-milyon artacağıq” şüarları yazılmışdır.  Bu isə azərbaycanlı milli-mədəni fəalların həbsinə etiraz və İran hökumətinə xəbərdarlıqdır.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə keçirilən etiraz aksiyasında çoxsaylı azərbaycanlı milli-mədəni fəal həbs edilib.

Həmçinin yoxlayın

SEPAH ballistik raket buraxılış qurğularının yerini dəyişərək ərəb ölkələrini hədələyir

GADTB: Ərəb mediası SEPAH-ın İranın mərkəzində ballistik raket buraxılış qurğularının yerini dəyişdirdiyi barədə məlumat yayıb. …

Zəncanda “El Aşığı” mərasimi böyük maraqla qarşılanıb

GADTB: Ustad aşıq Müslüm Əsgərinin vəfatının birinci ildönümünə həsr olunmuş “El Aşığı” anım mərasimi 1405-ci …