Siyasi məhbusların həyatının ciddi təhlükə altında olduğuna dair bir qrup siyasi məhbus bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Böyük Tehran zindanında həbsdə saxlanılan bir qrup siyasi məhbus burada saxlanılan siyasi məhbuslar bəndinə təhlükəli məhbusların və narkotik maddələrin gətirilməsi ilə bağlı xəbərdarlıq ediblər.

Böyük Tehran zindanında həbsdə saxlanılan bir qrup siyasi məhbus açıqlama yayaraq, həmin zindanın siyasi məhbuslar saxlanılan bölməsində təhlükəli məhbusların və narkotik maddələrin gətirilməsi ilə siyasi məhbusların həyatının ciddi təhlükə ilə qarşılaşdığı bildirilib.

Bəyanatı imzalayanlar siyasi məhbuslar bunlardır: Əkbər Azad, Əlirəza Fərşi, Əkbər Baqiri, Məsud Valifeh, Məhəmməd Türkmani, Əqil Cəmşidi, Mənsur Rüstəmi, Əli Nurizad, Rza Sərvelayəti, Şəhab Soltanian, Davud Abdullahi, Meysəm Qulami, Əkbər Fərəci, Poya Qobadi, Hüseyn Qaşqayi və İsmayıl Gerami.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …