Bazar , Oktyabr 18 2026
azfa

İran rejimi türkmən yazıçı və jurnalist Aman Məhəmməd Xocəmlini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Türkmən yazıçı və jurnalist Aman Məhəmməd Xocəmli mühakimə edib. Fəalın ilk məhkəmə iclası Günbəddə avqustun 24-də keçirilib.

Fəalın vəkilinin yaydığı məlumata görə Aman Məhəmməd Xocəmli “Ölkənin təhlükəsizliyini qarışdırmaq məqsədilə Telegram kanalı yaratmaq” ittihamından mühakimə olunub.

Qeyd edək ki, Aman Məhəmməd Xocəmli 9 fevral 2020-ci ildə Günbəd şəhərinin Hallı Axun kəndində evində İran rejiminin təhlükəsizlik məmurları tərəfindən aparılan axtarış zamanı saxlanılmış, sonra girov qarşılığında zaminə buraxılmışdı.

Aman Məhəmməd Xocamlı İranın işğalında olan Güney Türkmənistanda türkmənlərin tanınmış yazıçısı və jurnalistidir. Onun yazıları ilə yerli mətbuatda, saytlarda və sosial mediada türkmənlərin hüquqlarını müdafiə edir.

 O, İrandakı rejimi tənqid edən yazılar yazıb türkmənlərin problemlərini ardıcıl olaraq işıqlandırdığı üçün bundan öncə də dəfələrlə rejimin təhlükəsizlik orqanları tərəfindən hədələnib.

Hazırda türkmən fəal şərlənərək “Yalan məlumat yaymaq” və “İctimai rəyi təhrik etmək”də ittiham edilib.

Onun girov qarşılığında zaminə buraxılması barədə verilən vəsatətlər nəticəsiz qalıb və o yenidən həbs edilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …