Ermənistanı dəstəkləyən İran dini zəmində də Ermənistanla əlaqələri genişləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanı dəstəkləyən İran dini zəmində də Ermənistanla əlaqələri genişləndirməyə çalışır. Bu istiqamətdə erməni baş yepiskop və İranın İrəvandakı səfiri görüşüb və iki ölkə arasında dini dialoqun genişləndirilməsinin önəmini vurğulayıblar.

Çərşənbə axşamı günü Eçmiədzin şəhərində keçirilən görüşdə erməni baş yepiskopu ikinci Qaregin və İranın Ermənistandakı səfiri Abbas Zohuri habelə iki ölkə arasında mədəni əməkdaşlığın və dinlərarası konfransların keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bölgəsəl münaqişələrin dinc yolla həllinin zəruriliyinə diqqət çəkən səfir Abbas Zohuri İranın gəlişmiş qonşularının olmasının iqtisadi baxımdan önəmli olduğunu bildirib.

Erməni baş yepiskop da İran və Ermənistan arasında uzun illər davam edən dostluğa toxunaraq, bu dostluğun daha da dərinləşəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu deyib.

Qeyd edək ki, İran hökuməti işğalçı Ermənistanı dəstəkləməsini əvvəllər gizlətsə də, indi artıq açıq-aşkar Ermənistana dəstək nümayiş etdirir. Xüsusilə ikinci Qarabağ savaşında Ermənistana çox sayda hərbi texnika, yanacaq və ərzaq məhsulları göndərən Tehran qonşu Azərbaycan xalqının hiddətinə baxmayaraq ermənilərlə hərtərəfli siyasi-iqtisadi münasibətlərini günü gündən genişləndirməyə davam edir.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …