Şənbə , Sentyabr 26 2026
azfa

Əlirza Fərşi zindanda yeni təhsil ilində Azərbaycan türkcəsində təhsil qadağasına etiraz olaraq aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindandan səsli mesaj göndərərək yeni tədris ilində yenə Azərbaycan türkcəsində təhsilin olmamasına etiraz olaraq simvolik şəkildə aclıq aksiyasına başlayıb.

O, Tehran zindanında yeni təhsil ilinin başlanması, eləcə də özünə qarşı saxta dosya ilə bağlı səsli mesaj göndərərək 3 günlük simvolik aclıq aksiyasına başlayıb.

Onun səsli mesajının bir hissəsində deyili:

Quzey Azərbaycan və Türkiyədəki əziz soydaşlarım. Yeni dərs iliniz mübarək. Biz Güney Azərbaycanda 100 ildir Ana dilində təhsildən məhrum olmuşuq.

Mənim adım Əlirza Fərşidir.  Ana dilində təhsilimizdən məhrum olmağımıza etiraz etdiyim üçün 15 ilillik həbs olunmuşam.

Mən İranda yeni dərs ilinin başlanğıcında və məhrumiyyətimizi acı bir xatırlatma olaraq üç günlük aclıq aksiyasına başlayəram.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …