Çərşənbə , May 6 2026
azfa

Tanınmış musiqiçi və azərbaycanlı fəal Abbas Nikrəvan vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin sentyabrın 5-də həbs etdiyi tanınmış musiqiçi və azərbaycanlı fəal Abbas Nikrəvan 600 milyon tümənlik mülki vəsiqə girov qoymaqla məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycanlı sənətçinin rejim tərəfindən şərlənərək “İran rejiminə qarşı təbliğat aparmaq”, “İctimai rəyi çaşdırmaq” və “Sistemə qarşı qruplara üz olmaq”da ittiham edilib.

Qeyd edək ki, azərbaycanlı musiqiçi və fəal Abbas Nikrəvan 5 sentyabrda rejimin məmurları tərəfindən yaxalanıb.

Abbas Nikrəvan bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs olunub.

O, 2018-ci il iyulun 5-də Babək Qalası Qurultayında rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb, bir həftə dindirildikdən sonra ağır girov qarşılığında zaminə buraxılmışdı.

Bununla yanaşı Nikrəvanın xərçəng xəstəliyindən əziyyət çəkən və kimsəsiz uşaqlara yardım üçün 2015-ci il 4-6 fevralda Qoşaçayda keçirilməsi nəzərdə tutulan xeyriyyə konserti rejimin məmurlarının basqıları nəticəsində ləğv edilmişdi.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …