Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkiyənin yeni nəsil “Bayraqdar”ları nə gələn il uçuşa başlayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Bayraqdar” PUA-larının yeni nəslinin ilk uçuşu 2022-ci ildə həyata keçiriləcək.

bunu Türkiyədə keçirilən “Texnofest” aerokosmik texnologiyalar festivalı çərçivəsində açıqlamasında “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.

O, yeni nəsil PUA-ların bəzi xüsusiyyətlərindən də danışıb:

“Yeni PUA TB2-dən bir az böyük, “Akıncı”dan bir qədər kiçik olacaq. O, aviadaşıyıcı gəmilərə eniş edə biləcək. Bu yeni PUA-mızın başlıca özəlliyi olacaq. Hazırda bu silahın dünyada bənzəri yoxdur. Eyni zamanda, analoqu olmayan pilotsuz hərbi təyyarələrimiz də dünyadakı qüvvələr nisbətini dəyişəcək”.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …