Cümə axşamı , Sentyabr 24 2026
azfa

GADTB-nin İran rejiminin erməni təcavüzünü pisləyən azərbaycanlı fəallara ağır cəzalar verməsi ilə bağlı bildirişi

GADTB: İrqçi fars-molla rejimi riyakarlıla özünü müsəlmanların himayədarı kimi qələmə verir, lakin Azərbaycana qarşı xocalı soyqırımı törətmiş erməni işğalçılarını daim dəstəkləyib. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qalib gəlib öz ərazilərini azad etməsi isə İranı o dərəcədə qəzəbləndirdi ki, artıq öz mahiyyətini gizlədə bilməyib iç üzünü açdı. İran rejimi bu istiqamətdə Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən azərbaycanlı fəalara da divan tutub, onalara qarşı ağır həbs cəzaları vermişdir. Bu isə bir daha İranın fars-molla rejiminin mahiyyətini və iç üzünü ortaya qoydu.

Heç bir günahı olmayan və yalnız İkinci Qarabağ müharibəsi başlayanda Ərdəbildə Ciral parkına toplaşaraq Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pisləyən azərbaycanlı fəallardan təkcə 12 nəfərində ermənipərəst fars-molla rejimi 180 ay həbs və 888 şallaq zərbəsi cəzası barədə qərar çıxarmışdır. Təkcə bu qərar fars-molla rejiminin mahiyyətini ifşa etmək üçün kifayətdir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İranın bu antitürk hərəkətini kəskin şəkildə pisləməklə yanaşı İran rejiminə və onun ədalət qatili üzdəniraq hakimlərinə xəbərdarlıq edərək bildirir ki, Azərbaycanlı fəallara verilən bu cəzalar cavabsız qalmayacaq və sabah bunların mütləq hesabı sorulacaq və onlar cavab verməli olacaqlar

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …