İran rejiminin əlaltıları Ərdəbildə türkcə “Dəri” filminin nümayişinə icazə vermirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbilin “Qüds” kinoteatrında nümayişi nəzərdə tutulan türkcə “Dəri” filminin nümayişinə icazə vermir.

“Qüds” kinoteatrının rəhbərliyi İran rejiminin ETTELAAT İdarəsinin göstərişi əsasında müxtəlif bəhanələr uyduraraq bədii filmin nümayişinin qarşısını alır.

Bildirilir ki, türk dilində çəkilən filmin əhali tərəfindən maraqla qarşılanması İran rejiminin ETTELAAT İdarəsini qorxuya salıb. Rejim hər vasitə ilə türkcə filmlərin qarşısında maneə törədir.

Qeyd edək ki, Güney Azərbaycanda hazırlaznan “Dəri” filmi 13 oktyabr çərşənbə günündən etibarən nümayişə başlayıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …