Cümə axşamı , Aprel 25 2024
azfa

İranın PKK-nı Qarabağda döyüşə cəlb etməsi və Avropaya Qarabağdan narkotik tranziti

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk hərbi ekspert Həsən Məsud Öndər İranın PKK-nı Qarabağda döyüşə cəlb etməsi və Avropaya Qarabağdan narkotik tranziti ilə bağlı deyib ki, dövlətlərin görünməz alətlərindən biri də narkotik ticarətidir. Bəzi ölkələr dövlət iqtisadiyyatının cari boşluğunu doldurmaq məqsədilə və ya digər müxtəlif səbəblərdən qeyri-qanuni iqtisadiyyatdan gəlir əldə edirlər. Bu kontekstdə İran narkotikin Avropaya göndərilməsində mühüm rol oynayır, narkoticarət İran üçün əhəmiyyətli bir gəlir mənbəyidir.

Türk mütəxəssisin sözlərinə görə, embarqo səbəbindən ciddi bir iqtisadi çətinlik yaşayan İran narkotik ticarəti ilə iqtisadi cəhətdən nəfəs almağa çalışır:

“İran kəşfiyyatı isə bu missiyanı mafiya təşkilatlarına yol göstərməklə həyata keçirir. Bu mafiya qruplarını idarə edən elementlər arasında “Bəsic” yaraqlıları da var. İran narkotik ticarəti sahəsində Ermənistan kimi ölkələrlə də işləyir. İran bu ticarəti Ermənistansız da apara bilər. Ermənistanı bu ticarətdə tərəfdaş etməsinin məqsədi İrəvanda özünə qruplar cəlb etməkdir. Ermənistanda narkotik ticarəti ilə məşğul olan qruplar İranın bu ölkədəki “5-ci kolon”una çevrilir. Yəni İran maraq ortaqlıqları quraraq Ermənistan dövlətinə təsir edir”.

Türkiyəli ekspertin fikrincə, İranın İkinci Qarabağ savaşında Ermənistana gizli dəstək verməsinin səbəbləri sırasında narkotik ticarəti də dayanır:

“Bu sahədəki “dövriyyə” milyard dollarla ifadə olunur. İranın son vaxtlar Azərbaycana qarşı qəzəblənməsinin səbəblərindən biri də Ermənistanla qurduğu narkotik dövriyyəsinin məhv olmasıdır. İranın narkotik alverində PKK terror təşkilatının əhəmiyyətli rolunu da nəzərə alsaq, İkinci Qarabağ müharibəsində PKK ünsürlərinin Ermənistanla birlikdə döyüşməsinin səbəbi də ortaya çıxar”, – deyə ekspert bildirib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …