Bazar ertəsi , İyun 22 2026
azfa

Azərbaycanlı fəal və qadın hüquqları müdafiəçisi İran rejiminin ETTELAAT İdarəsinə çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı qadın hüquqları müdafiəçisi Pərisa Ciddini Germidə ETTELAAT İdarəsinə çağırıb.

 Pərisa Ciddi oktyabrın 19-da telefon vasitəsilə xəbərdarlıq alaraq, bir sıra məsələlərlə bağlı izahat verməsi üçün Germi şəhərində ETTELAAT İdarəsinə getməsi istənilib.

Azərbaycanlı qadın hüquqları müdafiəçisi ETTELAAT məmurlarının zənglərinə cavab olaraq, bildirib ki, yazılı çağırış göndərilmədiyi təqdirdə idarəyə getməyəcək.

Fəalın nə məsələlərlə bağlı çağrılması barədə heç bir açıqlama verilməyib.

Həmçinin yoxlayın

Sato: ABŞ–İran razılaşmasında xalq və insan hüquqları məsələsi diqqətdən kənarda qalmamalıdır

GADTB: BMT-nin xüsusi məruzəçisi Mai Sato sosial şəbəkədə fars dilində paylaşdığı açıqlamada bildirib ki, ABŞ …

İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsinin əsas məqamları

GADTB: Qətər və Pakistanın İran ilə ABŞ arasında İsveçrədə keçirilən danışıqların ilk mərhələsi ilə bağlı …