Şənbə , Aprel 20 2024
azfa

İran 32 terrorçunu Azərbaycana niyə təhvil vermir?

GADTB: Qərbin erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələri barədə illərdir xəbərdar olsaq da, uzun illər Azərbaycanın içində “din” adı altında pərdələnən, radikal qruplaşmalar yaradaraq ölkə daxilində vətəndaş müharibəsini alovlandıraraq qardaşı-qardaşı, atanı-övlada düşmən kəsmək istəyən İran hakimiyyətinin iyrənc əməllərindən çoxumuz xəbərsiz olmuşuq. Çünki Azərbaycan hər zaman Qərbin sanksiyalarına məhəl qoymayaraq İrana nəfəslik olmaq üçün bütün təzyiqlərə sinə gərən bir dövlət, bir xalq olub, dosta dar gündə əl uzadıb.

“Din qardaşımız” naxələf çıxdı

Səndemə, İranın Azərbaycana qarşı məkirli planları bu günün, dünən işi deyil. Proseslər irəlilədikcə adını “islam dövləti” qoyub, ermənipərəst mövqe sərgiləyən, Azərbaycanın düşməninin əlini sıxan, onu silahlandıran Tehranın Azərbaycanda planlaşdırdıqları iyrənc oyunların qarşısındakı pərdə də qalxmağa başlayır.

Məlum olur ki, belə hadisələrdən biri məhz 2018-ci ilin iyulunda Gəncədə icra başçısına sui-qəsdlə bağlıdır. İstintaqın izləri Azərbaycanın cənubuna, elə İrana gedib çıxır. O da aydın olur ki, Yunis Səfərov Rusiyada olarkən İranın xüsusi orqanları tərəfindən əməkdaşlığa cəlb edilib, İrana təlim keçib, İranın radikal dini dairələrinə bağlı “Hüseyniyyun” (Hüseynçilər) qruplaşmasının döyüşçüsü olub, Suriyada döyüşüb.

Gəncə şəhər İcra hakimiyyəti başçısı Elmar Vəliyevin qətlinə hansı dairələrdən sifariş verildiyi artıq hər kəsə məlumdur. Sui-qəsdin baş verdiyi saatlarda qatilin kimliyi, qətlin motivləri və tərikçinin arxa plandakı əlaqələri ilə bağlı aydınlıq olmasa da, bu yöndə üzə çıxan suallar cavabsız qalmadı. Buaradan da belə bir “təcrübəsi olan” şəxsin Azərbaycanda səs-küylü cinayət törətməsi əmri çox uzaqdan yox, cənubdan verilən tapşırıq olduğu aydınlaşır.

İstintaq prosesi onu da göstərdi ki, Yunis Səfərov bu terroru təkbaşına hazırlamayıb, bu, geniş bir şəbəkənin işidir. Və çox təəssüf ki, bu şəbəkənin 32 nəfər üzvü hazırda İranda gizlənir. İran Azərbaycanın axtardığı həmin cinayətkar şəbəkədən xəbərdardır. Bəs niyə keçən 3 il ərzində həmin şəxsləri həbs edərək Azərbaycana təhvil vermək istəmir?

Xofun səbəbi

Əslində cavabı çox sadədir. İran onları Azərbaycan istintaqına təhvil verməkdən ona görə imtina edir ki, bu şəxslər istintaqa cəlb olunacağı təqdirdə cinayətin sifarişinin haradan gəldiyi və nə məqsədlə törədildiyi barədə bütün gzilinlər üzə çıxacaq. Radikal dini şəbəkə üzvləri Azərbaycanda ifadə versə, izlərin İrana aparıb çıxaracağını Tehranda anlayırlar. Onların bu vaxta kimi gizlədilməsinin də səbəbi məhz bu amildir.

İran bununla da ara-sıra dini kəlamlara müraciət etməklə “siyasi analizlər” verməyə çalışan və sözünün canı Azərbaycan vətəndaşlarını öz dövlətlərinə qarşı çıxmağa təhrik etmək olan bu bəndeyi-həqirlər vasitəsilə “hicab müdafiəçisi” kimi sekulyar sistemimizin əleyhinə fəallıq göstərən bir qrup gənci ətrafında birləşdirməklə erməni dəyirmanına su tökməyə çalışıblar. Beləcə, ən yaxşı Azərbaycana 1990-cı illərin əvvəllərindəki vəziyyəti qaytarmaq, Suriya və ümumilikdə Yaxın Şərqdəki o xaos, o vətəndaş müharibəsi vəziyyətinə nail olmaqla düşmənin bu fürsətdən istfadə edib, bizi daha böyük işğallara məruz qoyması üçün Tehran agenturasının xüsusi planı idi.

Heç şübhəsiz ki, bununla da İran 30 milyondan çox azərbaycanlının Azərbaycana birləşmək xofunu dəf etmiş olacağını düşünürdü. Amma Azərbaycan heç vaxt İrana qarşı ərazi iddiasında olmayıb. Azərbaycan öz torpaqlarının azadlığı uğrunda erməni faşizminə qarşı savaşıb, bundan sonra da savaşını davam etdirəcək. Bu xalq, bu Ordu bundan sonra dövlət başçısının ətrafında bir yumruq kimi birləşib istənilən təhdidə cavab verəcək. Prezident İlham Əliyevin oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı söylədiyi kimi: “Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.

Axar.az

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …