
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Şərqi Azərbaycana təyin etdiyi terrorçu Sepah komandanı olan vali ilk çıxışında döyüldü. Hadisə valinin təqdimat mərasimində baş verib.
Təqdimat mərasimində yeni vali Xürrəm Rezevi çıxış üçün kürsüyə çıxıb. Rezevi çıxışına fars dilində etdiyi üçün etiraz başlayıb. Daha sonra terror təşkilatı -Sepah-ın “Aşura” korpusunun polkovniki olduğu deyilən şəxs səhnəyə çıxaraq yeni əyalət valisinə şillə vurub.
Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.
Hadisənin sosial şəbəkələrdə yayılan videosunu sizə təqdim edirik:
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi