Cümə , Aprel 19 2024
azfa

Fransa: “İranın atom fəaliyyətləri çox təhlükəli həddə çatıb, dərhal dayandırılmalıdır”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Fransa Xarici İşlər Nazirliyi oktyabrın 22-də bəyanat yayaraq, İranın nüvə öhdəliklərini kobud şəkildə pozmasından danışıaraq, Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa çağırıb.

Fransanın bu bəyanatının yayılması, Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Malinin Parisdə üç Avropa ölkəsinin nümayəndələri ilə görüşərək İran məsələsi və bu ölkənin təhlükəli nüvə fəaliyyətləri ilə danışıqlar aparması ilə eyni vaxta düşüb.

Bəyanatda deyilir ki, İran öz təhlükəli nüvə fəaliyyətlərini dərhal dayandırmalı, danışıqlar masası arxasına qayıtmalıdır.

“İranın atom fəaliyyətləri çox təhlükəli mərhələyə çatıb. Hesab edirik ki, İran nüvə fəaliyyətlərini dərhal dayandırılmalı, vaxtı itirmədən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlığına yenidən başlamalıdır”, -deyə Fransa Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatında bildirilir.

Bəyanatda Robert Malinin üç Avropa ölkəsinin nümayəndələri ilə İranla bağlı apardığı danışıqların detalları açıqlanmayıb.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …