Bazar ertəsi , İyul 13 2026
azfa

İranın ermənipərəst siyasəti fonunda Ermənistan Araz çayında ekoloji fəlakət törətdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın fars-molla rejiminin ermənipərəst siyasəti fonunda Ermənistan Araz çayında ekoloji fəlakət törədib.

Törədilən fəlakətə və bunun nəticəsində Güney Azərbaycanda tüğyan edən xərçəng xəstəliyinə irqçi fars rejimlə yanaşı fars mediası da susur.

Eyni zamanda İran rejimi və onun yerli nökərlərinin Azərbaycanla düşmənçiliyi o qədər kəskinləşib ki, hətta molla Amoli və rejimin başqa əlaltıları da ermənilərin Azərbaycana qarşı törətdiyi bu fəalkətə susurlar.

İran rejiminin razılığı ilə Ermənistanın törətdiyi ekoloji fəlakət nəticəsində Güney Azərbaycanın xüsusilə Araz kənarına yaxın bölgələrdə ekoloji fəlakət yaşanır və əhali kütləvi şəkildə xərçən və s. xəstəliklərə yoluxur.

Artıq rejimin açıq şəkildə Azərbaycana qarşı hərəkətləri göstərir ki, İran rejimi Azərbaycan Respublikası ilə yanaşı Güney Azərbaycanın da qanlı düşmənidir.

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …