Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Amerika İranla atom müzakirələrinin nəticəsinə bədbindi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika rəsmiləri İranla atom danışıqlarını bərpa etmək mövzusunda çox bədbindirlər. Buna görə də Amerika prezidenti Co Baydenin Avropaya səfəri öncəsi Vaşinqton dövlət dairələri “Tehrana qarşı yeni cəzaların icrası” mövzusunu müzakirə edəcəklər.

Məlumata görə, Co Bayden hökuməti İrana qarşı yeni təzyiqlər və basqılar üzərində işləyir. Amerika və onun müttəfiqləri İranı danışıqlardan yayındığı və atom proqramını gücləndirməyə çalışdığı üçün tənbeh etmək fikrindədirlər.

“CNN”in yaydığı məlumata görə, Co Bayden Avropaya səfəri çərçivəsində avropalı müttəfiqləri ilə İranla mübarizə üçün “potensial variantlar”la bağlı müzakirə aparacaq və bu variantlar İranla danışıqlarda masaya qoyula bilər.

Qeyd edək ki, Co Baydenin qətiyətsizliyindən istifadə edən İran molla rejimi nüvə silahı istehsal etməyə çalışır.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …