Azərbaycanlı milli-mədəni fəal Məsud Qasımzadə girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizdə noyabrın 13-də yaxaladığı Ərdəbildən olan azərbaycanlı fəal Məsud Qasımzadə vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəalın ittihamı barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, Məsud Qasımzadə məhkəmə hökmü olmadan noyabrın 13-də yaxalanaraq naməlum yerə aparılmışdı.

Məsud Qasımzadə Ərdəbildə Traxtur komandasının liderlərindən olub. O hazırda Təbrizdə yaşayır.

Azərbaycanlı fəal bundan öncə də bir neçə dəfə rejimin məmurları tərəfindən çağrılaraq, dindirilib və hədələnmişdir.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …