Azərbaycanlı fəallar Huntaya İran rejiminin şəxsiyyət vəsiqəsi verməməsinə etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Urmiyada irqçi fars rejimin azərbaycanlı körpə – Huntaya 3 ildir türkcə adına görə şəxsiyyət vəsiqəsi verməməsinə etiraz olaraq divarlara poster və traketlər yapışdırıblar.

Onlar bununla İran rejiminin şovinist siyasətinə öz etirazlarını bildirib və azərbaycanlı körpəyə şəxsiyyət vəsiqəsi verilməsini tələb ediblər.

Qeyd edək ki, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi Güney Azərbaycanın Culfa şəhərindən olan Huntay adı qoyulmuş körpəyə türkcə adına görə şəxsiyyət vəsiqəsi verməyib.

3 yaşlı Huntayın anası özünün “İnstaqram” səhifəsində bu barədə paylaşım etmişdi. O, yazmışdı ki, övladına seçdiyi Huntay adına şəxsiyyət vəsiqəsi almaq üçün mübarizəsini davam etdirəcək: “Bu gün Huntayın 3 yaşı tamam oldu. Ancaq biz hələ də ona sənəd ala bilməmişik. Ancaq bu mübarizəyə davam edəcəyik”.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …