Cümə , Sentyabr 25 2026
azfa

Güney Azərbaycanın Şərəfxana bölgəsinin əhalisi etiraz olaraq yolu bağladılar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Şərəfxana bölgəsinin əhalisi yolun hərəkətə yarasız və təhlükəli olması və bu istiqamətdə tələblərinin yerinə yetirilməməsi üçün etiraz olaraq yolu bağladılar.

Son günlərdə həmin yolda baş verən qəzadan sonra ətraf kəndlərin sakinləri Şərəfxana-Şəbistər yolunu bağlayaraq uzun illərdir yolun genişləndirilməsi və standartlara uyğunlaşdırılması ilə bağlı müraciətlərinə aidiyyatı qurumlar tərəfindən cavab verilmədiyindən etirazlarını bildiriblər.

Etirazçılar qeyri-standart yolda baş verən yol qəzaları nəticəsində çox sayda insan itkisi olduğunu, səlahiyyətli qurumların buna laqeyd yanaşdığını bildiriblər.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …