Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Türkiyənin “TURKOVAC” peyvəndindən istifadəyə icazə verilməsi ilə bağlı müraciət edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca koronavirus infeksiyasına qarşı “TURKOVAC” vaksinindən istifadəyə icazə verilməsi ilə bağlı müraciət edildiyini bildirib.

F.Koca Nazirliyinin 2022-ci il büdcəsinin müzakirə edildiyi Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində yerli peyvənd “TURKOVAC” üçün deyib:

“Yerli “Covid-19” əleyhinə inaktiv peydəndimiz “TURKOVAC” üçün bu gündən  etibarən “Təcili İstifadə Təsdiqi”nə müraciət edilib. Ümid edirəm ki, ilin sonuna qədər geniş şəkildə istifadə ediləcək”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …