Cümə axşamı , May 7 2026
azfa

Qaşqay türklərinin ata-babadan qalma örüşlərinin silahlı hücumla əllərindən alınmasına etirazları davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim və onun lor xalqından olan əlaltıları Qaşqay türklərinin ata-babadan qalma örüşlərini silahlı hücumla əllərindən almağa cəhd edirlər.

Aylardır İran rejiminin köməyinə arxalanan lor silahlılar Qaşqay türklərinin sənədli və ata-babadan qalma örüşlərini zəbt edib. Onlar türkləri öz örüş ərazilərinə daxil olmağa icazə vermirlər. Qaşqay türklərinin İran rejiminin müraciətləri isə laqeydliklə qarşılanıb.

Qaşqayların türk olması isə irqçi fars rejimin onlara qarşı ayrıseçkiliyi və zülmünə əsas səbəbdir.

Qaşqay etirazçılar bildirirlər ki, əllərində dövlətin verdiyi mülkiyyət sənədlərinin olmasına baxmayaraq aylardır onlara öz torpaq sahələrinə daxil olmağa icazə vermirlər. Müraciət etdikləri aidiyyəti dövlət orqanları isə məsələyə laqeyd yanaşır.

Həmçinin yoxlayın

BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq …

ABŞ qüvvələri Oman körfəzində İranın “Hosna” neft tankerini hədəfə alıb

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı İran bayrağı altında üzən boş neft tankerini Oman dənizində hədəfə aldığını …