Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ərsin Tatar Azərbaycanın Şimali Kipri tanımaqla bağlı təmasların olduğunu deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib ki, Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanıması ilə bağlı təmaslar mövcuddur.

“Bununla bağlı mənim Azərbaycanla əlaqələrim var. Kipr Sülh Hərəkatının ildönümündə Azərbaycandan bir qrup millət vəkili ölkəmizə gəldi. Bizə hər cür yaxınlıq və səmimiyyətlərini ifadə edirlər. Təbii ki, bəzi beynəlxalq problemlər ola bilər. Öz iqtisadi və siyasi münasibətlərinin korlanmaması üçün belə bir mövqedə dayanıblar. Amma bizim könül və qardaşlıq əlaqələrimiz mövcuddur. İnanıram ki, yaxın gələcəkdə qeyd etdiyimiz məsələ ilə bağlı bəzi proseslər olacaq. Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri bilirik. Türkiyə onsuz da bu məsələdə Şimali Kipri dəstəkləyir. Azərbaycanla Türkiyə arasında münasibətlər qardaşlıq fonunda inkişaf edib. Bəli, biz də (Kipr türkləri) Azərbaycanla qardaşıq. Mən həmişə bunu demişəm. Bu qardaşlıq “bir millət, üç dövlət”ə qədər gedən yoldur. Mən bunu həmişə demişəm və cavab gözləyirəm”, – Tatar bildirib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …