Çərşənbə , Sentyabr 23 2026
azfa

Ermənilər Azərbaycanın Kəlbəcər bölgəsini atəşə tutaraq azərbaycanlı əsgəri şəhid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycanın hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Azər oğlu Nəzərov şəhid olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …