Bazar , Noyabr 15 2026
azfa

“Türkali-1” quyusunda qaz axış testi uğurla tamamlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, TPAO (Türkiyə Petrolleri Anonim Ortaklığı) şirkəti Sakarya qaz sahəsindəki “Türkali-1” quyusunda birinci səviyyədə (R2) quyu axış sınağını uğurla başa çatdırıb.

TPAO şirkətinin “Twitter” hesabından edilən paylaşıma görə, “Türkali-1” ultra dərin dəniz təsbit quyusunda 2 min 143 metr su dərinliyində 3 min 920 metr son dərinliyə çatılıb.

TPAO Qərbi Qara dəniz bölgəsindəki Sakarya qaz sahəsində ultra dərin dənizdə yerləşən “Türkali-1” quyusunda ilk quyu axış sınağını tamamlayıb. Test edilən səviyyədə gündəlik 1,15 milyon kubmetr təbii qaz axını təmin edilib.

Test çərçivəsində aparılan təhlillərə və əldə edilmiş məlumatlara əsasən, quyuda gündəlik 2,7 milyon kubmetr təxmini qaz hasilat potensialı var.

Sahədəki quyu axış testləri 2020-ci ildə TPAO inventarına qoşulan “Kanuni” qazma gəmisi tərəfindən həyata keçirilir.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …