GADTB-nin Azərbaycanlı fəal və tanınmış idmançı Kərim İsmayılzadənin İran rejimi tərəfindən terrora məruz qalması ilə bağlı bildirişi

GADTB: İranın irqçi fars-molla rejimi artıq azərbaycanlı fəalları həbs və işgəncə etməklə kifayətlənmir, özünün yırtıcı və terrorçu mahiyyətini də bruzə verməyə başlamışdır. Bu istiqamətdə işğalçı İran rejiminin ETTELAAT məmurları iki gün öncə yanvarın 13-də tanınmış azərbaycanlı milli fəal və idmançı Kərim İsmayılzadəni (Kərim Boksor) Təbrizdə terror edib.

İranın ETTELAAT qüvvələri mülki geyimdə bu məqsədlə Təbrizin Qaraməlik məhəlləsində azərbaycanlı fəalın avtomobilini dayandırıb və onun sol qoluna naməlum mənşəli zəhərləyici iynə vurublar. Nəticədə Kərim İsmayılzadənin qan təzyiqi kəskin artıb və o qanaxma nəticəsində huşunu itirib. Ətrafda olan insanlar azərbaycanlı milli fəalı Təbrizdə xəstəxanaya çatdırıblar.

Göründüyü kimi İran rejimi artıq özünün terrorçu mahiyyətini gizlətmədən açıq şəkildə Azərbaycan Türk Millətinin fəallarına qarşı terrora keçib. Ancaq işğalçı İran rejimi unutmamalıdır ki, terrorçi İran rejiminin bu əməllərinin cavabı ağır olacaq və Azərbaycan Türk Milləti buna layiqli cavabı verəcək.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İranın irqçi və işğalçı molla rejiminə Azərbaycan Türk Millətinin fəallarına qarşı törətdiyi terrorlarla bağlı xəbərdarlıq edib və bildirir ki, rejimin bu terror əməlləri heç bir nəticə verməyəcək. Artıq Azərbaycan Türk Milləti rejimin bu iyrənc və terrorçu mahiyyətini başa düşür və öz istiqlalı uğrunda mübarizədən bir addım geri atmayacaq.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …