Cümə , Aprel 26 2024
azfa

Xocalıda şiələri qətliam edənlərlə İranın Dinlər və Məzhəblər Universitetində rektor görüşüb

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Telegram kanalı xəbər verir ki, Arsen Avakyan sözügedən universitetin rektorunu Ermənistana dəvət edərək bildirib: “Şübhəsiz ki, biz İran İslam Cumhuriyyəti ilə əlaqələrimizi inkişaf etdirmək və möhkəmləndirmək istəyirik. Bu arada Qum şəhəri və Dinlər və Məzhəblər Universiteti İran-Ermənistan əlaqələrinin dərinləşməsində xüsusi rol oynaya bilər”.

O, Ermənistanla bağlı rasional mövqe tutduğuna görə İran İslam Respublikasına təşəkkür edib: “İran erməniləri uzun illərdir ki, bu ölkədə tam azadlıq şəraitində yaşayır və burada heç bir erməni dini və milli mənsubiyyətinə görə təzyiqlərə məruz qalmır və İran erməniləri iki ölkə arasında yaxşı körpü ola bilərlər”.

Qeyd edək ki, özünü dünya müsəlmanlarının hamisi və müdafiəçisi adlandıran İran hakimiyyəti özəlliklə Azərbaycanın Qarabağ savaşında Ermənistan üzərində qələbəsindən sonra erməni hökuməti ilə hərtərəfli əlaqələr qurmağa və bu ölkə ilə əvvəlki əlaqələrini daha da möhkəmləndirməyə çalışır. Bunda təbii ki, Ermənistan hakimiyyəti də maraqlıdır. Bakıya səfər edərkən Azərbaycanın, İrəvana səfəri zamanı isə Ermənistanın yanında olduğunu bəyan edən Tehran rejiminin rəsmiləri hər zamankı kimi ikibaşlı siyasətlərinə davam edirlər. İran-Ermənistan əlaqələrinin yüksək səviyyədə olması İranda yaşayan, sayları 100 mindən daha az olan erməni azlıq üçün Tehran hakimiyyəti tərəfindən hər bir şəraitin, habelə ana dilində təhsilin belə təmin edilməsində özünü göstərir. Ancaq təəssüflər olsun ki, İran əhalisinin təxminən 40%-ni təşkil edən Azərbaycan türklərinə, habelə digər etnik xalqlara qarşı ölkədə ögey münasibət bəslənilir. İran ermənilərinə qarşı göstərilən isti münasibətdən fərqli olaraq Güney Azərbaycan türkləri təqiblərə məruz qalır, döyülür, təhqir edilir, uzunmüddətli həbsə atılır, sürgünə göndərilir ya da işgəncələrlə üzləşir.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …