Cümə , Sentyabr 25 2026
azfa

İrana mesajı; İsrail və Amerika təhdidlərə cavab vermək və nəzərdə tutulmuş hədəflərə hücum etmək üçün birgə hava təlimləri keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İsrail ordusu yanvarın 16-da bildirib ki, ölkənin hərbi hava qüvvələri Amerika Hərbi Hava Qüvvələri eskadronlarının bir çox pilot qrupu ilə çiyin-çiyinə hava təhdidlərinə birgə cavab vermək və təlim, əməkdaşlıq və qarşılıqlı inkişaf yolu ilə nəzərdə tutulmuş hədəflərə hücumlar etmək üçün silsilə hərbi təlimləri imitasiya ediblər.

“Səhra şahini” adlandırılan bu təlimlər ötən həftə İsraildə baş tutub. Lakin İsrail mediası bu barədə yalnız təlimlərdən sonra məlumat yayıb.

İsrail ordusu yanvarın 16-da yaydığı bəyanatda qeyd edib ki, bu təlimlər Amerika Hərbi Hava Qüvvələri ilə beynəlxalq strateji əməkdaşlığın möhkəmləndirilməsində mühüm dönüş nöqtəsidir və bu, İsrail ordusunun hazırlıq səviyyəsinin artırılmasına kömək edir.

İsrailin “Makor Rişon” qəzeti sözügedən təlimləri İrana “açıq mesaj” adlandıraraq yazıb ki, bu ölkə özəlliklə İran tərəfindən artmaqda olan təhdidlər qarşısında beynəlxalq koalisiyanı gücləndirir.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …