Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı fəal Muxtar Höccətzadə cərimə cəzasına məhkum edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsi azərbaycanlı milli fəal Muxtar Höccətzadənin həbsi cərimə ilə dəyişdirilib.

Azərbaycanlı milli fəal Höccət Muxtazadə özü bu barədə sosial şəbəkə hesabənda məlumat paylaşıb.

Bildirilir ki, bundan öncə rejimin Təbrizdəki İnqilab Məhkəməsinin onun barəsində “Sistemə qarşı təbliğat” ittihamı ilə çıxardığı bir il həbs cəzasını Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsi 5 milyon tümən cərimə cəzası ilə dəyişdirib.

Qeyd edək ki, Muxtar Höccətzadə 2020-ci il avqustun 31-də noyabr etirazları ilə bağlı barəsində açılmış cinayət işinə görə Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 16-cı şöbəsinə getdiyi zaman “Kiberməkanda yalan məlumat yaymaq”, “GAMAC-a üzv olmaq” və “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə yaxalanıb və iki gün sonra 300 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı.

Azərbaycanlı fəal həmin paylaşımda “Kiberməkanda yalan məlumat yaymaq” ittihamına görə, 500 min tümən cəriməyə məhkum edildiyini və “GAMAC-a üzv olmaq” ittihamından isə bəraət aldığını bildirib.

Azərbaycanlı fəal noyabrın 17-də ETTELAAT məmurları tərəfindən Təbrizdə öz iş yerində yaxalanmış, iki həftə Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlandıqdan sonra noyabrın 30-da Təbrizdə mərkəzi zindana köçürülmüşdü.

Azərbaycanlı fəal noyabr etirazlarında da yaxalanmışdı. Həmçinin Höccət Muxtarzadə bundan əvvəl 2011-ci ildə Urmiya gölünün qurudulması ilə bağlı keçirilən aksiyalra qatıldığına görə 3 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …