Cümə axşamı , May 9 2024
azfa

Türkiyənin PKK terror təşkilatına hücumundan sonra İrana bağlı haker qrupu Türkiyənin bəzi qurumlarına kiberhücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kibertəhlükəsizlik üzrə mütəxəssislər İranın Kəşfiyyat Nazirliyi-ETTELAAT-a bağlı “MuddyWater” haker qrupunun Türkiyənin dövlət və özəl sektorundakı qurumlarına kiberhücumlar etməsi barədə məlumat yayıblar.

“Deutsche Welle” yaydığı xəbərə görə, sözügedən haker qrupu kiberhücum etdiyi orqanlara özünü Türkiyənin iki nazirliyinin nümayəndəsi kimi təqdim edib.

İran dövlət orqanları tərəfindən dəstəklənən həmin haker qrupu Türkiyədəki müəyyən hədəflərə kiberhücumlar təşkil edib.

Xatırladaq ki, İranın ETTELAAT (Təhlükəsizlik) Nazirliyi tərəfindən dəstəklənən “Merkuri” və ya “Statik Keaton” olaraq da tanınan “MuddyWater” haker qrupu ən azı 2017-ci ildən Amerika, İsrail, Avropa və Yaxın Şərqdə kiberhücumlar həyata keçirməsi ilə tanınır.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Astara şəhərində şair Cəmşid Əzizi həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Astara şəhərində yaşayan ictimai fəal və …

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …