Cümə axşamı , Sentyabr 24 2026
azfa

Yunanlar Türkiyə Pualarından qorxuya düşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yunanlar Türkiyə PUA-larında qorxuya düşdüklərini bildirirlər.

Yunan ordusunun istefada olan generalı Yevangelos Yorqusis Türkiyənin “Bayraktar” dronlarının ciddi bir “baş ağrısına” çevrildiyini bildirib.

Yunanıstan heyətləri türk PUA-larının son vaxtlar Egey dənizində uçuşlarının sayını artırmasından narahat olub.

Bu narahatlıq Yevangelos Yorqusisin “Ta Nea” qəzetində dərc olunan məqaləsində əksini tapıb.

Generala görə, “Bayraktar”ların Meriçdən Meys adasına uçuşları Yunanıstan Müdafiə Nazirliyi üçün ciddi “baş ağrısına” çevrilib. Onun sözlərinə görə, türk dronları həm Yunanıstan hərbi gəmilərinin Egeydəki hərəkətlərini, həm də Yunanıstanın adalardakı müdafiə nöqtələrini asanlıqla izləyə bilir.

Türkiyənin dronlarını havaya qaldırmaqla Egeylə bağlı tezislərini Yunanıstana xatırlatdığı bildirilən məqalədə yunan “F-16”larının xərclərinin çox olmasına baxmayaraq, tez-tez türk PUA-larının qarşısını almaq üçün havaya qalxmalı olduqları vurğulanıb.

Yunanıstanın bunun öhdəsindən gəlməsinin asan olmadığı, Egeydə uçan türk PUA-larının sayı və uçuş saatları artırılarsa, vəziyyətin daha da çətinləşəcəyi qeyd edilib:

“Bəziləri həll yolu kimi türk PUA-larının vurulması fikrini irəli sürürlər. Belə bir şey ancaq baş verəcək gərginliyin sadəcə Yunanıstanın lehinə olacağına qərar veriləcəyi təqdirdə həll yolu ola bilər”.

Məqalədə “Bayraktar TB2”nin xüsusiyyətlərindən də bəhs olunub:

“Texnologiya durmadan inkişaf edir. Bəlkə bir gün texnologiya sayəsində “Bayraktar” qalxdığı bazaya qayıtmaq əvəzinə başqa bir bazaya (yunan bazaları nəzərdə tutulur) enəcək”.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …