Şənbə , May 18 2024
azfa

Azərbaycanlı siyasi məhbuslara dəstək aksiyası; “Azərbaycan qəhrəmanlarına hər zaman arxa duracaq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal fevralın 4-də azərbaycanlı siyasi məhbus Abbas Lisani və başqa azərbaycanlı siyasi məhbuslara dəstək aksiyası keçiriblər.

Azərbaycanlı fəallar bu məqsədlə “Azərbaycan milləti amacları yolunda addım atan qəhrəmanlarına hər zaman arxa duracaq”, “#Azərbaycan milli-mədəni fəallarına azadlıq,  Azərbaycan milli hərəkəti-Ərdəbil” şüarları yazılmış plakatları şəhərdə müəyyən yerlərdən asıblar.

Şəhərdə nümayiuş etdirilən plakatda Abbas Lisani və  daha bir neçə nəfər azərbaycanlı siyasi məhbus və  milli fəalın, o cümlədən Əkbər Azad, Tohid Əmirəmini, Əlirza Fərşi, Məhəmməd Eyni. Əli və Rza Vasiqi qardaşları, Əkbər Nəimi və s. məhbusların şəkilləri əks olunub.

Qeyd edək ki, bundan öncə fevralın 3-də isə Təbrizdə bir qrup azərbaycanlı milli-mədəni fəal azərbaycanlı siyasi məhbus Abbas Lisaninin üzərində “Abbas Lisanini azad edin”, “Biz hamımız Lisaniyik” şüarı yazılan posterlərini şəhərin müxtəlif yerlərində divarlara yapışdırmış və ona azadlıq tələb etmişdilər.

Son günlər İran zindanlarında koronovirusun yeni ştammı olan Omikrona yoluxma halları artıb. Bu isə azərbaycanlı siyasi məhbusların həyatını təhlükəyə salıb.

Tehranın “Evin” zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini yanvarın 29-da ailəsi ilə qısa telefon əlaqəsində “Evin” zindanının 4-cü bölməsində koronavirusun Omikron ştammına yoluxanların sayının artdığını və özünün də virusa yoluxduğunu bildirmişdi.

Həmçinin yoxlayın

GADTB: Avropa İttifaqı İrandan nüvə doktrinası ilə bağlı təhdidlərə son qoymasını tələb edir

Avropa İttifaqı dünən İran hökumətindən nüvə doktrinasına yenidən baxması təhdidindən əl çəkməsini istədiyini açıqlayıb. Məlumata …

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda deyilir: …