Rejimin Ali Məhkəməsi azərbaycanlı siyasi məhbus Siyamək Mirzaiyə qarşı məhkəmə qərarını təsdiq edib

İran adlanan ölkənin Ali Məhkəməsi rejimin Apellyasiya Məhkəməsinin azərbaycanlı siyasi məhbus Siyamək Mirzaiyə qarşı çıxardığı məhkəmə qərarını təsdiq edib. 2018-ci il mart ayının 12-də, rejimin Ali Məhkəməsinin 35-ci şöbəsi vəkil Məhəmmədrza Fəqihiyə bildirib ki,  rejimin Tehran Apellyasiya Məhkəməsinin Siyamək Mirzaiyə qarşı çıxardığı  qərarı təsdiq edib. Artıq, Tehran Apellyasiya Məhkəməsinin azərbaycanlı milli-mədəni fəal barədə 3 il həbsə və 1 il müddətinə Təbəs şəhərinə sürgünə məhkum edilməsi ilə bağlı çıxardığı qərarın icrası qətiləşib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi 2016-cı il iyul ayının 14-də axşam saatlarında Muğanın Parsabad şəhərində öz mağazasında yaxalanıb. O, əvvəlcə ETTELAAT idarəsinə, daha sonra Tehranın Evin zindanına salınıb. Siyasi məhbus hazırda Evin zindanın 8-ci bölməsində saxlanılır. İrqçi fars rejiminin Tehranda yerləşən məhkəməsi azərbaycanlı fəalı guya ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz qurup yaratmaqda günahlandıraraq, onu 10 il həbsə və 2 il Təbəs şəhərinə sürgünə məhkum etsə də, sonradan rejimin Tehranda yerləşən Apellyasiya Məhkəməsi onun dosyesinə yenidən baxaraq cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edib. Qərara əsasən Siyamək Mirzayi 3 il həbsə və 1 il Təbəs şəhərinə sürgünə məhkum edilib.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın