Bazar , Oktyabr 25 2026
azfa

Türkiyə ordusu Afrində strateji məntəqələri kürd terrorçularından təmizləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı çərçivəsində Afrin şəhərini azad etmək üçün bütün strateji məntəqələri terrorçulardan təmizləyib. Bu barədə TSQ-nin Baş Qərargahı rəsmi məlumat yayıb.

Bildirilir ki, aparılan əməliyyatlar sayəsində PKK/KCK/PYD-YPG terror qruplaşmaları ilə bərabər, İŞİD terrorçu təşkilatının da xeyli sayda tərəfdarı zərərsizləşdirilib. Martın 12-nə olan məlumata görə, yanvarın 20-dən başlanan proses nəticəsində 3393 terrorist zərərsizləşdirilib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın