Güney Azərbaycan və İran adlanan yerdə təqaüdçülər kütləvi etiraza hazırlaşırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan və İran adlanan yerdə fəaliyyət göstərən 29 təqaüd təşkilatı gələn bazar günü, fevralın 13-də etiraz aksiyası keçirməyə çağırış ediblər.

Müxtəlif vilayətlərində fəaliyyət göstərən 29 təqaüd təşkilatı gələn bazar günü, fevralın 13-də etiraz aksiyası keçirməyə çağırış edib.

Onlar təqaüdlərin və bayram əlavələrinin məbləğinin artırılması, eləcə də təqaüdlərin məbləğinin eyniləşdirilməsi qanununun tətbiqini tələb edirlər.

Təqaüdçü işçi İsmayıl Geraminin azadlığa buraxılması da təqaüdçülərin irəli sürdükləri 7 tələb içərisindədir.

Qeyd edək ki, təqaüdçülər həftənin bazar günləri müxtəlif şəhərlərdə dəfələrlə ölkə boyu kütləvi etiraz aksiyaları keçirsələr də, hökumət onların etirazlarını zorakılıqla dağıdıb və problemin həlli istiqamətində heç bir ciddi addım atılmayıb.

Eyni zamanda qeyd etmək lazımdır ki, ölkədə müəllimlər və elm xadimləri də fevralın 12-16-da məktəblərdə dərsləri dayandıracaqlarını və fevralın 17-də kütləvi etiraz aksiyaları keçirəcəklərini elan ediblər.

Həmçinin yoxlayın

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində keçirildi

GADTB: Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi …

Molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə …