Çərşənbə , May 22 2024
azfa

İrqçi fars rejimin məmurları azərbaycanlı milli fəal Ruzbeh Pirini yaxalayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları Təbriz şəhərində yaşayan azərbaycanlı milli fəal Ruzbeh Pirini bu gün fevralın 12-də yaxalayıblar.

Bu barədə azərbaycanlı fəalın qardaşı Yaşar Piri özünün “İnstagram” səhifəsində məlumat paylaşıb. 

Onun yazdığına görə, rejimin təhlükəsizlik qüvvələri Ruzbeh Pirini heç bir məhkəmə qərarı olmadan atasının evinə girərək aparıblar.

 Qeyd edək ki, Ruzbeh Piri Azərbaycan Türk Millətinin hüquqları uğrunda milli-mədəni fəaliyyətlərinə görə 6 il müddətinə azadlıqdan məhkum edib. Lakin daha sonra Apellyasiya Məhkəməsi fəal barəsində çıxarılan qərarı 3 il 8 aya endirib.

 İran rejimi azərbaycanlı milli fəal Ruzbeh Pirini şərləyərək, onu “Sistemə qarşı təbliğat fəaliyyəti” və “Sistemə qarşı qruplarda üzvlük”də ittiham edib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Xural TV-də “İran dünya güclərinin diqtəsilə idarə oluna bilərmi?” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və Dr. Muğlunun “Media Turk TV”-də “Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …